FİBA yarışları ləğv etdi

 09.04.2020 - 17:17    192
Kateqoriya: XƏBƏRLƏR
  • 09 Apr 2020
  • 17:17
  •  192

Almaniyanın Münhen şəhərində 8 aprel 2020-cı il tarixində FİBA-nın rəhbərliyi video konfrans təşkil edərək, mövcud vəziyyət haqqında müzakirələr aparmış və gələcək tədbirlər barədə qərarlar qəbul etmişdir. İclasda FİBA Avropanın prezidenti Turqay Demirel, FİBA prezidenti Hamane Niang, FİBA-nın baş katibi Andreas Zaqklis və FİBA-nın icraçı direktoru Kamil Novak iştirak edib.

Açılış nitqində Turqay Demirel “Covid-19 sonrası Yol Xəritəsi”nin yaradılmasını elan etmişdir. Bu layihə Avropadakı yaranmış indiki vəziyyətin ətraflı təhlili və Avropa basketbolunun yenidən canlanması istiqamətində aparılacaq işlərə əsaslanmışdır.

Pandemiya səbəbindən Avropada hökm sürən fövqəladə vəziyyət, eləcə də gənc oyunçular, məşqçilər, rəsmilər və fanatların təhlükəsizliyini nəzərə alaraq, İdarə Heyəti bu yayda keçirilməsi planlaşdırılan bütün yaş qruplarında (U16, U18, U20, "C" divizionu kişilər və s.) Avropa Çempionatlarının yarışları ləğv olunmuşdur.

XƏBƏRLƏR