FİBA Avropa ilə növbəti videokonfrans

 17.06.2020 - 21:55    110
Kateqoriya: XƏBƏRLƏR
  • 17 İyun 2020
  • 21:55
  •  110

Bu gün, 2020-ci il iyunun 17-də Avropa Basketbol Federasiyasının (FİBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan bir sıra milli basketbol federasiyalarının iştirakı ilə növbəti videokonfrans keçirilmişdir.

Onlayn-konfransda üzv ölkələrdə koronavirus xəstəliyinin dinamikası, mövcud vəziyyət və milli federasiyalarının fəaliyyəti müzakirə edilmişdir.

Onlayn-konfransda çıxış edən Azərbaycan Basketbol Federasiyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov ölkəmizdə mövcud vəziyyət, Azərbaycan hökümətinin həyata keçirdiyi qabaqlayıcı tədbirləri və Federasiyanın fəaliyyəti barədə məlumat vermişdi.

İki saat davam edən onlayn-konfransda milli basketbol federasiyalarının rəsmiləri ilə yanaşı Beynəlxalq Basketbol Federasiyasının (FİBA) baş katibi Andreas Zagklis, FİBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jean-Pierre Suitat, vitse-prezidentlər Carmen Tocala və John Goncalves, icraçı direktor Kamil Novak iştirak etmişdilər.

3_johngonsalves

1_andreaszagklis

2_turgaydemirel

4_kamilnovak

 

XƏBƏRLƏR