FİBA Avropanın Baş Assambleyası

 09.10.2020 - 21:01    1152
Kateqoriya: XƏBƏRLƏR
  • 09 Okt 2020
  • 21:01
  •  1152

2020-ci il oktyabrın 9-da Avropa Basketbol Federasiyasının Baş Assambleyası keçirilmişdir.
İclasda Avropa ölkələrinin milli basketbol federasiyalarının nümayəndələri ilə yanaşı Beynəlxalq Basketbol Federasiyasının (FİBA) və Avropa Basketbol Federasiyasının (FİBA Avropa) rəhbər şəxsləri də iştirak etmişdilər. Qeyd etmək lazımdır ki, Baş Assambleya bu il may ayında Litvanın Vilnüs şəhərində keçirilməli idi. Lakin, dünyada və xüsusilə də Avopada geniş yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Baş Assambleyanın ilk dəfə olaraq videokonfrans formatında keçirilməsi qərara alınmışdır.
Dörd saat davam edən Baş Assambleya zamanı FİBA Avropanın prezidenti Turqay Dəmirəl, qurumun icraçı direktoru Kamil Novak və müxtəlif komissiyalarının rəhbərləri hesabat məruzələri ilə çıxış etmişdilər.
FİBA Avropanın Baş Assambleyasında Azərbaycan Basketbol Federasiyasını Beynəlxalq əlaqələr departamentinin rəhbəri, FİBA Avropanın kiçik ölkələr üzrə komissiyasının üzvü Fərid Məmmədov təmsil etmişdir.

FE_Screenshot_3_9_okty

FE_Screenshot_4_9_okty

FE_Screenshot_5_9_okty

 

 

XƏBƏRLƏR