Şəhidlər yad edildi

Dekabrın 1-də Azərbaycanın müzəffər Milli Ordusu Laçın şəhərində üçrəngli bayrağımızı dalğalandırdı.
Bu münasibətlə milli yığmamızın üzvləri Şəhidlər Xiyabanını ziyarət etdi. Basketbolçularımız ölkəmizin basketbol ictimaiyyəti adından 20 Yanvar faciəsi və Qarabağ müharibəsində canlarını Vətən uğrunda fəda edən şəhidlərimizi yad etdi. Onların qanı yerdə qalmadı!
Var olsun Ali Baş Komandanın başçılığı altında Böyük Zəfərə imza atan Milli Ordumuz!
Uca Tanrı şəhidlərimizi cənnətməkan etsin!!!