Ağır döyüşdə yaralanıb, cəbhəyə qayıdan basketbolçumuz

 10.12.2020 - 11:08    488
Kateqoriya: XƏBƏRLƏR
  • 10 Dek 2020
  • 11:08
  •  488

Ziya, izləyicilərimizə özünü təqdim edərdin?
Mən, Ziya Quliyev 1989-cu ildə Cəlilabadda anadan olmuşam. Basketbola oynamağa çox az yaşlarımdan, 5 yaşımdan, başlamışam. Basketbola sevgini dayım və eyni zamanda Respublikanın Əməkdar məşqçisi Şəhriyyar Əsgərov aşılayıbdır. Bu sahədə məşqçi kimi də fəaliyyətlərim olub.

Vətən müharibəsinə yollanmağının səbəbi?
Biz dostlarımızla daha əvvələr də gücümüz çatdığı qədər ordumuza dəstək olurduq. Əsgərlərimizə baş çəkirdik, imkanımız daxilində onlara mənəvi kömək edirdik. Tovuz döyüşlərindən sonra isə bu fəaliyyətimiz daha da sürətləndi. Biz orduya təkərlər göndərməyə başladıq. Daha sonra isə könüllü özüm orduda xidmət etmək üçün müraciət etdim.

Mübariz İbrahimovun postunu ələ keçirəndə nə haqqda düşünürdün?
Bu çox  ağır döyüş oldu, 7 saat yarım çəkmişdir. Biz Murov dağı istiqamətində əməliyyata başladıq və oranı təmizlədikdən sonra Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu postu da alaraq irəlilədik. Həmən post strateji baxımdan çox önəmli yer idi, ona görə düşmən müqavimət göstərməyə çalışırdı. Lakin düşmən üzbəüz döyüşdə çox qorxaq idi. Daha sonra Ağdərə istiqamətində döyüşlər getdi. Talış və Suqovuşan kəndlərini işğaldan azad etdik. Orda ayağımdan yaralandım və üç gün müalicə olunduqdan sonra yenidən döyüşlərə qatıldım.


Məkrli düşmən üzərində Qələbə həyatına necə təsir etdi?
Bu hissi sözlərlə ifadə etmək mümkün deyil. Qələbənin təsiri əlbəttə çox müsbətdir. Qürur və sevincimin həddi hüdudu yoxdur. Qələbənin nəticəsi isə bizi bir daha güclü etdi və bir xalq kimi birliyimizi möhkəmləndirdi. Xocalıda və digər faciələrdə düşmənin millətimizə etdiyi gözümüzün önündən getmirdi.Şəhidlərimizin qanı ilə torpaqları geri aldıq.

Basketbolçu olmağın döyüşdə nə kimi üstünlük verdi ?
Döyüşdə piyada yollar ağır silahlarla ən az qətt etdiyimiz yol 10 km olurdu, fiziki güc burda ən başlıca rol oynayırdı. İdman məşqləri sayəsində mənə çətin gəlmirdi.

Zəfər paradında iştirak etdiniz, ordakı abu havanı bizimlə bölüşərdiz.
Bu gün ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq bir gündür. Bu tarixin bir parçası olmaq isə bütün hərbiçilər kimi mənim üçün də çox qürurvericidir. Paradda abu hava çox təsiredicidir, çünki bu qələbənin ən gözəl, ən təntənəli şəkildə qeyd edilməsidir. Zəfərin şirinliyini və sevincini hər kəsin gözlərində görmək olur.

092f44a5-56c1-4d73-84dd-2e261e4f2c3a

28291538-c5ca-4b5b-b1a5-f4dab77a9da5

15c54969-b8bc-4f36-b870-d53e7990f0a1

db3dd92a-2ad1-419b-97d0-d7c542bda575

XƏBƏRLƏR