FİBA Avropa ilə videokonfrans
Bu gün, 2021-ci il aprelin 19-da Avropa Basketbol Federasiyasının (FİBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan bir sıra milli basketbol federasiyalarının iştirakı ilə növbəti videokonfrans keçirilmişdir.
Onlayn-konfransda üzv ölkələrdə koronavirus xəstəliyinin dinamikası, mövcud vəziyyət və milli federasiyalarının fəaliyyəti müzakirə edilmişdir.
Onlayn-konfransda çıxış edən Azərbaycan Basketbol Federasiyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov ölkəmizdə mövcud vəziyyət, Azərbaycan hökümətinin həyata keçirdiyi tədbirlər və federasiyanın fəaliyyəti barədə ətraflı məlumat vermişdi.
İki saat davam edən onlayn-konfransda Avropanın milli basketbol federasiyalarının rəsmiləri ilə yanaşı Beynəlxalq Basketbol Federasiyasının (FİBA) baş katibi Andreas Zagklis, FİBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jean-Pierre Suitat, vitse-prezidentlər Carmen Tocala və John Goncalves, icraçı direktor Kamil Novak iştirak etmişdilər.