FİBA Avropa komissiyasının iclası

 04.05.2021 - 14:23    425
Kateqoriya: XƏBƏRLƏR
  • 04 May 2021
  • 14:23
  •  425

2021-ci il mayın 3-də Avropa Basketbol Federasiyasının (FİBA Avropa) təşəbbüsü ilə təşkilatın kiçik ölkələr üzrə komissiyasının növbədənkənar iclası keçirilmişdir.
Videokonfrans formatında baş tutmuş iclasda komissiyanın üzvləri cari ilin yay aylarında keçirilməsi nəzərdə tutulmuş yarışları müzakirə etmişdilər. Müzakirə edilmiş əsas mövzu: yarışlar keçiriləcək ölkələrdə koronavirus xəstəliyinin dinamikası, mövcud vəziyyət və tətbiq edilən məhdudiyyətlər.
İclasda FİBA Avropanın prezidenti Turqay Dəmirəl, icraçı direktor Kamil Novak, komissiyanın sədri Bernard O’Byrne və komissiyanın üzvləri, o cümlədən ABF Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov iştirak etmişdilər.

4__may_4

4_may_2

4_may_7

XƏBƏRLƏR