FİBA Dünya Konqresi
2021-ci il iyunun 3-də Beynəlxalq Basketbol Federasiyasının (FİBA) ikinci aralıq dünya konqresi keçirilmişdir. Dünya konqresi ilk dəfə olaraq videokonfrans formatında
keçirilmişdir. Konqresdə FİBA Mərkəzi Büronun üzvləri, FİBA beş regional bölmələrinin rəhbərləri, FİBA komissiyalarının
sədrləri və 161 milli basketbol federasiyalarının deleqatları iştirak etmişdilər. Dörd saat davam edən Konqresdə FİBA-nın son iki il ərzindəki fəaliyyəti barədə hesabat verilmiş, mövcüd pandemiya şəraitində basketbolun inkişafı müzakirə edilmiş, təşkilatın nizamnaməsinə bəzi düzəlişlər edilmiş və Peru basketbol federasiyasının FİBA üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilmişdir. FİBA ikinci aralıq dünya konqresində ölkəmizi ABF Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov təmsil etmişdir.