Basketbolçularımız mükafatçılar sırasında

 06.09.2021 - 21:09    162
Kateqoriya: XƏBƏRLƏR
  • 06 Sen 2021
  • 21:09
  •  162

Rusiyanın Qazan şəhərində 1-ci MDB Oyunları çərçivəsində 3x3 basketbol üzrə komandamız (Endər Poladxanlı, Əkbər Məmmədov, Cəbrail Əkbərov, İlhan Mərd) bu mötəbər yarışın bürünc medallarını qazandı. Belə ki, sentyabrın 5-də Samit Nuruzadənin yetirmələri yarışın qrup mərhələsində Qırğızıstan (16:10) və Belarusiya (12:20) milliləri ilə gücünü sınayaraq yarım finala adladılar. Sentyabrın 6-da keçirilən yarım final qarşılaşmasında komandamız ev sahibi Rusiyaya layiqli müqavimət göstərdi. Lakin oyunun həlledici məqamında komandanın lideri Endər Poladxanlıya verilən mübahisəli texniki fol mizanı rusların xeyrinə əydi 17:21.3-cü yer uğrunda Özbəkistan millisiylə qarşılaşma çox gərgin mübarizə şəraitində keçdi. Oyunun son saniyələrində çətinliklə olsa da basketbolçularımız minimal qələbə hesabını qoruya bildilər 14:13. Bu uğur münasibətiylə komandamızı təbrik edirik!

XƏBƏRLƏR