Azərbaycan Basketbol Federasiyasına yeni prezident seçilib

 14.12.2021 - 20:58    119
Kateqoriya: XƏBƏRLƏR
  • 14 Dek 2021
  • 20:58
  •  119

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

Sonra, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov çıxış edərək federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb.

Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyanın yeni prezidenti seçilib.

Konfransda həmçinin, Simuzər Feyzullayeva, Vilayət Vəliyev, Bəxtiyar Aslanbəyli və Elnur Əliyev Azərbaycan Basketbol Federasiyası Rəyasət Heyətinə üzv seçiliblər.

Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.

Mənbə: Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsi 

XƏBƏRLƏR