Strahinja Stojacic və Marko Brankoviç Azərbaycana dəvət olunub

 30.01.2022 - 18:23    556
Kateqoriya: XƏBƏRLƏR
  • 30 Yan 2022
  • 18:23
  •  556

Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə FİBA 3X3 Dünya reytinqi üzrə Dünyanın Ən Yaxşı İkinci Komandası "UB 3X3"-nin iki üzvü dünya reytinqində 1-ci yeri tutan Strahinja Stojacic və dünya reytinqində 10-cu yerdə olan Marko Brankoviç Azərbaycana dəvət olunub.

Səfər zamanı onlar ölkədə basketbolun mövcud vəziyyəti ilə tanış olublar. Onlar xüsusilə mövcud infrastruktur barədə məlumat əldə edib, Azərbaycanın U17 və Əsas Milli Basketbol yığmaları ilə görüşüblər.

Azərbaycan Basketbol Federasiyasının nümayəndələri ilə fərqli mövzularda görüşlər keçirilib və fikir mübadiləsi aparılıb. Gələcək əməkdaşlıq imkanları və Azərbaycanda basketbolun inkişafı planları barədə səmərəli müzakirələr baş tutub.

XƏBƏRLƏR