Milli yığmanın ilk itkiləri
Azərbaycanın basketbol üzrə milli yığması Avropa Çempionatının seçmə mərhələsinin oyunları ərəfəsində ciddi itkilərlə üzləşdi. Belə ki, keçən il yaxşı oyun sərgiləyən amerikalı legionerimiz Çarlz Devis dizindən aldığı zədə səbəbindən milli yığmanın oyunlarına qatıla bilməyəcək.
Yığmaya cəlb edilən digər amerikalı legioner Devid Yanq isə avqustun 3-də axşam məşqindən sonra özünü qəflətən pis hiss etdi. Ertəsi məşqçilər qəqargahının tövsıyəsi ilə Mərkəzi Klinik xəstəxanada Yanqa baxış keçirildi. Həkim müayinəsinin nəticəsinə görə amerikalı legionerinin ürəyində irsi xəstəlik aşkarlanaraq onun 2-3 ay ərzində intensiv müalicəyə ehtiyacı olduğu bəlirləndi.
Bu səbəbdən məşqçilər şurasının qərarı ilə Devid Yanq Vətəninə yola salındı.