Amerikalı ulduz Bakıda
17.02.2015
Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıq çərçıvəsində 3X3 basketbol üzrə qadınlardan ibarət milli yığmaya amerikalı basketbolçu dəvət edilib.
"Atlanta Dreams" komandasında çıxış edən Renara Tiffani Heys hal-hazırda Braziliya çempionatında oynayır. Qeyd etmək lazımdır ki, 25 yaşlı Tiffani ABŞ-ın milli yığmasının heyətində 2009-cu ildən Dünya Universiadasının qalibi olub.
NBA-nın aparıcı oyunçusu Avropa Oyunlarında milli yığmanın uğurla çıxış etməsi üçün bütün səylərini ortaya qoymaq niyyətindədir.







