BAKI 2015

15.06.2015
Birinci Avropa Oyunlarının möhtəşəm açılışından sonra Azərbaycan mıllı komandası uğurla çıxış edir.
Avropa Oyunlarının dördüncü gününə qədər komandamız müxtəlif əyarlı 13 medal qazanıb. Sevindirici haldır ki, qazanılan 13 medaldan 6-sı qızıldır. Altıncı qızıl medalı bizə yunan-roma güləşi üzrə 75 kq çəkidə Elvin Mürsəliyev gətirdi. Belə ki, o finalda 5:1 hesabıyla Serbiya güləşçisi Viktor Nemesi yendi. Daha sonra mükafatklandırma mərasimi keçirildi.
Qaliblərə medalları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təqdim etdi.





