BAKI 2015 Avropa oyunlarına hakim təyinatı

07.05.2015
Xəbər verdiyimiz kimi Bakıda keçirilmiş "Baku Pre Euro Games 2015" 3x3 basketbol üzrə beynəlxalq turnirin çərçivəsində Beynəlxalq Basketbol Federasiyası (FİBA), Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Basketbol Federasiyası (ABF) tərifindən 8 xarici və 4 yerli hakimin iştirakı ilə 3x3 basketbol üzrə beynəlxalq seminar keçirilmişdir.
Seminarın nəticələrinə əsasən Avropa Oyunlarında 3x3 basketbol yarışlarını idarə edəcək hakim heyyəti müəyyən edilib.
- Canluka Mattioli (İTA) - baş hakim
- Marek Maliszevski (POL) - baş hakim
- Eric Bertrand (SUI) - hakim
- Vlad Chizdareanu (ROU) - hakim
- Yelena Chernova (RUS) - hakim
- Edith Oudshoorn - (NED) - hakim
- Yegor Mitrofanski (EST) - hakim
- Rauno Peerandi (EST) - hakim
- Ələkbər Həsənov (AZE) - hakim
- Ruslan Xalıqov (AZE) - hakim
Sevindirici haldır ki, Azərbaycanı təmsil edən beynəlxalq dərəcəli hakimlər Ələkbər Həsənov və Ruslan Xalıqov seminarı uğurla başa vuraraq, 3x3 basketbol yarışlarını idarə etmək hüququnu qazandılar.



