Rəyasət Heyətinin iclası

 06.10.2015 - 10:45    2116
Kateqoriya: XƏBƏRLƏR
  • 06 Okt 2015
  • 10:45
  •  2116

04.09.2015

2015-ci il sentyabrın 2-də Azərbaycan Basketbol Federasiyasının (ABF) Rəyasət Heyətinin iclası keçirildi.

ABF prezidentinin sədrliyi ilə keçirilmiş iclasda federasiyanın baş katibi Q.Məmmədyarov, icraçı vitse-prezidenti A.Qədirov, baş katibin müavini V.Əzimov, icraçı direktoru R.Rüstəmov, 3x3 basketbol üzrə departamentin sədri F.Məmmədov, hakimlər kollegiyasının sədri Ə.Həsənov, kişilərdən ibarət milli yığma komandanın baş məşqçisi E.Əliyev, kişilərdən ibarət milli yığma komandanın məşqçisi E.Yusubov, U18 oğlanlardan ibarət yığma komandanın baş məşqçisi T.Baxşıyev, məşqçilər şurasının üzvü T.Həsənov, kişilərdən ibarət milli yığmanın üzvü A.Həmzəyev, federasiyanın cənub bölgəsi üzrə nümayəndəsi Ş.Əsgərov və Şəki Şəhər UGİM-nin məşqçisi V.Musayev iştirak etmişdilər.

İclasda Azərbaycanın 3x3 basketbol üzrə yığma komandalarının birinci Avropa Oyunlarında çıxışının nəticələri və Azərbaycanın U16 oğlanlardan ibarət yığma komandasının Xəzər Yeniyetmə Basketbol Liqasında iştirak perspektivləri geniş müzakirə edildi.

Yekunda ABF Reyasət Heyətinin qərarı aşağıdakı kimi qəbul edildi:

  1. Birinci Avropa Oyunlarında Azərbaycanın 3x3 basketbol üzrə yığma komandalarının çıxışı qeyri-qənaətbəxş sayılsın və gələcəkdə belə halların təkrarlanmaması üçün lazımı tədbirlər görülsün.
  2. Xəzər Yeniyetmə Basketbol Liqasında Azərbaycanın U16 yığma komandasının iştirakı məqsədə uyğun sayılsın.
  3. ABF-nin baş katibi yaxın müddət ərzində U16 yığmasına baş məşqçinin təyin edilməsi haqqında təklifi Rəyasət Heyətinin müzakirəsinə təqdim etsin.

XƏBƏRLƏR