Azərbaycan Basketboluna yüksək qiymət verildi

23.09.2015
FİBA Avropanın saytında Endər Poladxanlıya həsr edilmiş geniş məqalə dərc edilib.
Yazı müəllifi Devid Heyn Endərin timsalında Azərbaycan basketbolunun inkişaf etməkdə olduğunu xüsusi qeyd edib. Onun sözlərinə görə İlk Avropa Oyunlarına sahiblik edən Azərbaycan müxtəlif idman növlərini inkişaf etdirmək niyyətindədir. Bu amil ölkə basketboluna da təsirsiz ötüşməyib. Belə ki, Azərbaycan milli yığması 2012-ci ildə İsveç, Bolqarıstan kimi güclü milliləri məğlub edərək Avrobasket 2013-ün bir addımlığında dayandı.
Sonda Devid Heyn qeyd edir ki, gələcəkdə Azərbaycan Basketbol Federasiyası tərəfindən Endər Paladxanlı kimi istedadlı basketbolçulardan təşkil edilmiş komanda qarşısında Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmaq məqsədi qoyula bilər.



