Medallarımızın sayı 23-ə çatdı

18.06.2015
Birinci Avropa Oyunlarında Azərbaycan milli yığması uğurla çıxış edərək komanda hesabında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb.
Fərəhləndirici haldır ki, iyunun 17-də milli komandamızın üzvləri daha 3 gızıl medal qazandı. Sərbəst güləş üzrə London Olimpiadasının çempionu Toğrul Əsgərov və dünya çempionu Xetaq Gazümov ən yüksək pilləyə qalxaraq birinci yeri tutdular. "Crystal Hall"da keçirilən 68 kq çəkidə taykvando yarışında Ayxan Tağızadə misilsiz zəfərə imza atdı. Beləki o, bütün rəqiblərini yenərək finalda ikiqat dünya çempionu, London Olimpiadasının qalibi ispaniyalı Xose Gonsaleslə qarşılaşdı.
Çox gərgin mübarizə şəraitində keçən döyüşün əlavə vaxtında Ayxan təcrübəli Xose Gonzalezi məğlub edərək çempionluq zirvəsinə yüksəldi.



