Azərbaycan idmançıları tarix yazdı

 06.10.2015 - 09:28    2058
Kateqoriya: XƏBƏRLƏR
  • 06 Okt 2015
  • 09:28
  •  2058

29.06.2015

İyunun 28-də Bakı Olimpiya stadionunda ilk Avropa Oyunlarının bağlanış mərasimi keçirildi.

Bağlanış mərasimində ölkəmizin prezidenti cənab İlham Əliyev İlk Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki, 50 ölkədən təşrif buyuran idmançılar çoxsaylı yerli tamaşaçılar və xaricdən gələn qonaqlar iştirak edirdi. Xüsusi qeyd etmək istərdik ki, bu oyunlarda Azərbaycanı təmsil edən idmançılar komanda hesabında 56 medal qazandılar (21 qızıl, 15 gümüş, 20 bürünc).

Biz komanda hesabında Rusiyadan sonra ikinci yeri tutaraq Böyük Britaniya, Almaniya, Fransa, İspaniya kimi nəhəng idman ölkələrini qabaqladıq.

İlk Avropa Oyunlarında bu misilsiz qələbə bütün Azərbaycan xalqının qələbəsi olaraq tarixdə əbədi qalacaq!

XƏBƏRLƏR