Nizam-İntizam Komissiyasının qərarı

Kişilər arasında XXIII ölkə çempionatının 3-cü turunda “Araz” və “Sıçrayış” komandaları arasındakı qarşılaşmada hakim Toğrul Həsənovun verdiyi qərarlara “Araz” komandası Azərbaycan Basketbol Federasiyasına (ABF) etiraz təqdim etmişdir.
“Araz” komandasının etirazına ABF-nin Nizam-İntizam komissiyasının iclasında baxılmışdır. Mehran Həmidzadənin sədirliyi ilə keçən iclasda maraqlı tərəflərin iştirakı ilə etiraz ətraflı müzakirə edilmişdir.
İclasın yekununda ABF-nin Nizam-İntizam komissiyasının qərarı aşağıdakı kimi qəbul edilmişdir:
1. “Araz” komandasının oyunçusu Ruslan Məmmədov XXIII ölkə çempionatının növbəti 2 oyununu buraxsın.
2. “Araz” komandasının baş məşqçisi Nizami Kərimzadə XXIII ölkə çempionatının oyunlarından pley-of mərhələsinə qədər kənarlaşdırılsın.
3. Hakim Toğrul Həsənov XXIII ölkə çempionatının növbəti 3 turundan kənarlaşdırılsın.



