İlk müjdə
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığması ilk uğura imza atdı.
Belə ki, 73 kg çəki dərəcəsində yarışan cüdoçumuz Rustəm Orucov dörd görüşdə rəqiblərini yenərək finala yüksəldi.
Finalda Rüstəm ikiqat Dünya Çempionu Şohei Onoya (Yaponiya) ilə qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən görüşdə Rüstəm rəqibin ippon fəndinə düşərək birinciliyi əldən verdi.
Ölkəmizi Rio-de-Janeyroda layiqincə təmsil edən Rüstəm Orucovu XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olması münasibəti ilə ürəkdən təbrik edirik!