İkinci gümüşü qazandıq
Azərbaycan milli komandası XXXI Yay Olimpiya Oyunlarında daha bir medal qazanıb.
100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elmar Qasımov finala qədər bütün rəqiblərini məğlub edib. Həlledici görüşdə 2014-cü ilin dünya və Avropa çempionu, çexiyalı Lukas Krpalekə uduzan idmançımız XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub. Bu, Rio Olimpiadasında idmançılarımızın qazandığı ikinci medaldır.
Rio-de-Janeyroda ölkəmizi layiqincə təmsil edən Elmar Qasımovu təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!