Daha 2 medal sandğımızda

Azərbaycan milli komandası XXXI Yay Olimpiya Oyunlarında medallarının sayını 5-ə çatdırıb.
Avqustun 16-da İnna Osipenko-Radomskaya qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarışın final yürüşündə çıxış edib. 34 yaşlı Olimpiya və dünya çempionu ən güclü səkkiz idmançı arasında həlledici mərhələni 40.401 saniyə nəticə ilə tamamlayaraq bürünc medal qazanıb. Bununla da Azərbaycan Olimpiya yığmasının hesabındakı medalların sayı dördə çatıb.
5-ci medalı isə Rəsul Çunayev qazandı. Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarındatəmsilçimiz (66 kq) bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşmada rəqibini 2 dəqiqə 20 saniyəyə məğlub edib. Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu. Bu, “Rio-2016”da Azərbaycan yığma komandasının sayca beşinci medalıdır.
Hər iki idmançımızı təbrik edərək onlara gələcəkdə yeni uğurlar arzulayırıq!




