Hakimlərimiz təyinat aldı
Kateqoriya: XƏBƏRLƏR
Beynəlxalq dərəcəli hakimlərimiz Ələkbər Həsənov və Ruslan Xalıqov 2017-ci ildə Çexiyada keçiriləcək qadınlar arasında Avropa Çempionatının (FİBA EuroBasket Women) seçmə mərhələsinin oyunlarına təyinat aldılar.
Belə ki, Ə.Həsənov noyabrın 19-da Odessada baş tutacaq Ukrayna - Almaniya və noyabrın 23-də Kursk şəhərində Rusiya - Yunanıstan qarşılaşmalarına hakimlik edəcək.
Ruslan Xalıqov isə noyabrın 19-da Kursk şəhərində Rusiya - İsveçrə oyununa hakimlik edəcək.




