Basketbol - 125!

21 dekabr 1891-ci il. Bu gün basketbol tarixinə qızıl hərflərlə yazılıb.
Belə ki 125 il əvvəl ABŞ-nın Massaçutets ştatının Springfild şəhərində ilk basketbol oyunu keçirilmişdir. Qarşılaşma Springfild Kollecinin idman zalında baş tutdu. Oyunun yaradıcısı bədən tərbiyəsi müəllimi Ceyms Neysmit tələbələrini iki 9 nəfərlik qrupa bölərək bu möhtəşəm oyunun dünya çapında məhşurlaşmasına start verdi.
1892-ci ildə Neysmit baketbol oyununun qaydalarını dərc etdi.
1895-ci ildə isə ABŞ-da baketbol üzrə ilk rəsmi yarışlar keçirildi.
2 il sonra meydançada hər komandada çıxış edənlərin sayı 5 nəfərlə məhdudlaşdırıldı. Bu minvalla bütün dünyada inkişaf edən basketbolun 1932-ci ildə İsveçrənin Cenevra şəhərində öz təşkilatı Basketbol Assosiyasiyalarının Beynəlxalq Federasiyası (FİBA) yarandı.



