Su səyahətinə start verildi

 07.04.2017 - 12:52    432
Kateqoriya: XƏBƏRLƏR
  • 07 Apr 2017
  • 12:52
  •  432

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

Azərbaycanın Birinci Vitse-Prezidenti və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, xanım Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının Prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz tərəfindən müşayiət olunan Prezident İlham Əliyev, Xəzər dənizinin suyu ilə doldurulmuş mis səhəngləri 16 uşağa təqdim etdi. Məhz həmin uşaqlar Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ruhunu Azərbaycan xalqına çatdırmaq üçün bu suyu öz doğma şəhərlərinə aparacaqlar.

Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək.

XƏBƏRLƏR