Prezident idmançılarla görüşdü

 18.12.2017 - 16:34    694
Kateqoriya: XƏBƏRLƏR
  • 18 Dek 2017
  • 16:34
  •  694

Dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr edilmiş mərasim keçirildi.

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadəyə, Zemfira Meftahətdinovaya, Nağı Babayevə, Firat Hüseynova, Vaqid Davudova, Qərib Əliyevə və Kamal Əhmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə "Əməkdar Jurnalist", Kamil İsgəndərova "Əməkdar Həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

Dövlət başçısı İlham Əliyev Elxan Məmmədova, Tahir Gözələ və Fərid Qayıbova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim edib.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olundu.

Tədbirdə, həmçinin Azər Həsənov, Namiq Əsgərov, Güloğlan Cabbarov, Xəyal Əhmədov, Faiq Həsənov, Rəsul Məhəmmədov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif edildilər.

Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Sevindirici haldır ki, basketbol idman növündə xidmətlərinə görə dövlət başçımız milli yığmanın üzvü Amil Həmzəyevi yeni mənzillə mükafatlandırıb.

037

qafqazinfo.az

XƏBƏRLƏR