Ağır itki

Yanvarın 18-də 79 yaşında uzun sürən xəstəlikdən sonra Azərbaycan Basketbol Federasiyasının baş katibi Qəhrəman Müslüm oğlu Məmmədyarov vəfat etdi.
2003-cü ildən Federasiyanın baş katibi olan, görkəmli alim, veteran basketbolçu, tanınmış idman xadimi, professor Qəhrəman Məmməyarov ömrünü ölkəmizdə sağlam, vətənsevər gəncliyin yetişdirilməsinə həsr etmişdi. Bu ağır itki ilə əlaqədar ABF-nın Rəyasət Heyəti ölkə basketbolsevərləri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!!!



