2017-ci ilin yekunları barədə Azərbaycan Basketbol Federasiyasının hesabatı

 25.01.2018 - 12:49    159
Kateqoriya: XƏBƏRLƏR
  • 25 Yan 2018
  • 12:49
  •  159

Hörmətli idman ictimayyətinin nümayəndələri!

Biz Sizin qarşınızda 2017-ci ildə tərəfimizdən görülmüş işlər haqqında məlumat verməyi borc bilirik!

Təbii ki, 2017-ci ildə görülmüş işlər, 2016-cı ildə Federasiya tərəfindən qəbul edilən 7 illik proqramın tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Əvvəlcədən deyək ki, ümumiyyətlə 2017-ci il Azərbaycan basketbolu üçün uğurlu olub.

Mayın 12-dən 22-nə kimi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında basketbolçularımız bu mötəbər turnirin ən yüksək qızıl zirvəsini fəth edərək Azərbaycan himninin sədaları altında milli bayrağımızı iki dəfə qaldırdılar.

Belə ki, IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol üzrə həm kişi, həm də qadın yığma komandalarımız bütün rəqiblərini yenərək İslamiadanın qalibləri oldular. 1/4 finalda İndoneziyanı (20:9), yarımfinalda Türkiyəni (17:7) məğlub edən qadın millimiz finalda Malidən revanş alaraq (13:7) çempionluq zirvəsinə ucaldı.

Məğlubiyyət bilməyən kişi igidlərimiz 1/4 finalda İndoneziyanı (21:13), yarımfınalda Türkiyəni (19:14) hesabı ilə məğlub etdilər.

Nəhayət mayın 21-də keçirilən həlledici qarşılaşmada millimiz 3X3 basketbol üzrə Dünya Çempionu (2014) Qatar komandasıyla qarşılaşdı (13:9).

Komandamız güclü rəqibini məğlub edərək IV İslam Həmrəyliyi Oyunlarının qızıl medallarını qazandı. Nəticədə bu mötəbər oyunlarda Azərbaycana qazandırılan 75 qızıl medal arasında basketbolçularımızın da 2 qızıl medal payı oldu.

Bununla yanaşı keçən ilin hesabat dövründə yeniyetmə oğlanlardan ibarət U16 milli yığmamız U18 Gürcüstan Çempionatında iştirak etmişdilər.

Daha sonra fevral ayında Sarabda (İran) keçirilən beynəlxalq turnirdə Azərbaycanın U18 millisi 6 komanda arasında ikinci yeri qazandı.

Mart ayında isə Bişkekdə keçirilən ənənəvi "Novruz" turnirində U20 yığmamız ikinci yerə nail oldu.

Aprel ayında IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı çərçivəsində 3X3 basketbol üzrə qadınlardan ibarət milli komandamız Daşkəndə keçirilən "AGMK" Cup FİBA 3X3 turnirində uğurla çıxış edərək birinciliyə gədəm qoydu.

2017-ci ilin mayı Azərbaycan basketbolçuların parlaq qələbələri ilə yadda qaldı. Mayın 1-dən 5-nə kimi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən "Qələbə Kuboku 2017" beynəlxalq basketbol turnirində U18 yığmamız bütün rəqiblərini üstələyərək qızıl medalları qazandı.

İyun ayının 4-dən 5-nə kimi "Sərhədçi" İdman Olimpiya Mərkəzində "Olimpic Moves" hərəkatının final mərhələsi keçirildi. Hər il ənənəvi olaraq keçirilən bu möhtəşəm idman yarışları Milli Olimpiya Komitəsi, Gənclər və İdman, Təhsil Nazirliklərinin rəhbərliyi altında və "Coca-Cola" şirkətinin sponsorluğu ilə həyata keşirilmişdi.

İl ərzində bu yarışda Bakı, Sumqayıt, Göygöl və Gəncəni təmsil edən 100 minə yaxın məktəbli şagirdlər iştirak ediblər. Final mərhələdə velosiped, atletika, badminton, 3X3 basketbol və 2X2 voleybolu təmsil edən gənc idmançılar öz güclərini sınamışlar. 3X3 basketbolun finalında Nizami rayonunun 220 saylı orta məktəbin komandası qalib gəlmişdi.

Bundan əlavə, ötən il basketbolçularımız ilk dəfə hər üç yaş qrupunda (U16, U18, U20) keçirilən FİBA Avropa Çempionatlarında öz idman güclərini sınamışdılar.

İyulun 28-dən avqustun 6-dək Estoniyada oğlanlar arasında U18 FİBA Avropa Çempionatı Div B (22 komanda - Xorvativa, Böyük Britaniya, Estoniya, İsrail, Polşa, Niderland, Bolqarıstan, Danimarka, Belçika, İslandiya, Portuqaliya, Macarıstan, Çexiya, İsveç, Rumıniya, Makedoniya, Avstriya, Gürcüstan, İsveçrə, Belarusiya, Albaniya, Azərbaycan, Luksemburq, İrlandiya).

İyulun 14-dən 23-dək Rumıniyada keçirilmiş kişilər arasında U20 FİBA Avropa Çempionatı Div B iç (21 komanda - Rumıniya, Xorvativa, Böyük Britaniya, Rusiya, Polşa, Belçika, Gürcüstan, Portuqaliya, Finlandiya, Niderland, Macarıstan, Kosovo, Makedoniya, Albaniya, Belarusiya, Slovakiya, Ermənistan, İrlandiya, Azərbaycan, Malta, Moldova).

İyulun 23-dən 30-dək Andorada keçirilmiş yeniyetmə oğlanlar arasında U16 FİBA Avropa Çempionatı Div C (10 komanda - Ermənistan, Cəbəllütariq, Azərbaycan, Andora, Monako Knyazlığı, Albaniya, Uels, Moldova, San-Marino, Malta).

Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin və Azərbaycan Basketbol Federasiyasının birgə səyləri nəticəsində avqustun 25-27-də ölkəmizdə ilk dəfə “Sağlam Azərbaycan Festivalı” çərçivəsində «Basketball 3x3 Azerbaijan Bella Cup 2017» turniri keçirilmişdi.

Avqustun 21-dən sentyabrın 03-nə kimi Respublikanın bölgələrini təmsil edən (Sumqayıt, Qusar, Gəncə, Göygöl, Bərdə, Şəki, Qazax, Mingəçevir, Zaqatala, Xırdalan, Cəlilabad) 14 məşqçi-müəllim ABŞ-da basketbol təlim-tədris proqramına qatılmışdılar.

Ötən il Azərbaycanın 3 basketbol hakiminə (Toğrul Həsənov, Urfan Bayramlı, Anastasiya Slojenitsina) FİBA tərəfindən beynəlxalq dərəcə verilmişdi.

Beynəlxalq yarışlarla yanaşı ABF-sı 2016-2017-ci illər mövsümündə U16 və U14 yeniyetmə oğlanlar arasında 22 komandanın iştirakı ilə XII Uşaq-Yeniyetmə Basketbol Liqası (komanda) və 3X3 basketbol üzrə kişilər və yeniyetmə oğlanlar arasında 12 turnir keçirildi. Eyni zamanda GİN-nin dəstəyi ilə 2016-2017-ci il mövsümündə kişilər arasında 7 komandanın iştirakı ilə XXIV Azərbaycan Çempionatı kecirildi və müxtəlif yaş qruplarında olan yeniyetmə oğlanlardan və qızlardan ibarət komandalarımız Respublikanın bölgələrində keçirilən (Mingəçevir, Göygöl, Biləsuvar, Xaçmaz, Göyçay, Şirvan) zona yarışlarında fəal iştirak etmişdilər.

Əziz basketbolsevərlərimiz!

Sadaladığımız uğurlar və nailiyyətlər bizi qane edə bilməz. Federasiya heyəti 2017-ci ildə görülmüş işlərə təngidi prizmadan da təhlil edir. Bizim zəif yerlərimiz hələ də mövcuddur. Məsələn, bir sıra bölgələrdə basketbol ilə məşğul olan yeniyetmələrin sayı azdır. Məhəllələrdə 3X3 basketbol meydançaların sayını kifayət qədər artıra bilməmişik, 12 yaşdan başlayaraq məktəbli qızlarımızı basketbola cəlb etmək işində geriləmişik. Basketbol üzrə məşqçilərin yetişdirilməsi qənaətbəxş sayıla bilməz. Kadr çatışmamazlığı ilə yanaşı təlim-məşq prosesinə daha ciddi yanaşma işi də ağsayır.

Onlar bizim 2018-ci ilin hədəfləri kimi müəyyənləşdirilmişdir və Federasiya öz cari fəaliyyətini bu istiqamətlərdə daha çevik və israrlı olmaq niyyətindədir.

Hörmətli həmkərlar!

Azərbaycanda dövlətin idman siyasətini uğurla həyata keçirən Gənclər və İdman Nazirliyinin, bütün idmansevərlərin doğma təşkilatı sayılan Milli Olimpiya Komitəsinin dəstək və köməkliklərini Federasiya və basketbolçular hər zaman hiss edirlər. Məhz bu düzgün qurulmuş möhkəm üçbucağın tərkib hissəsi kimi basketbol federasiyası fəaliyyətini qurmaqdadır.

Hörmətli və sevimli basketbolsevərlər çox sağolun ki Siz varsız!

Basketbol idman növü komanda oyunudur və biz hamımız çalışırıq Sizlərlə bir yerdə komanda sayılaq. Bizim güclü olmağımız Azərbaycanın idman gücünü artırır və ona nəfəs verir. Basketbolçular idmançı kimi özlərini Azərbaycanın böyük idman ailəsinin ayrılmaz hissəsi kimi dərk edərək, Azərbaycan dövlətinin və yenilməz idman ailəsinin zirvəsində dayanan, fövqəladə gücə malik Prezidentimiz İlham Əliyevi gündəlik fəaliyyəti, işləri və gələbələriylə sevindirmək istəyirlər.

Basketbolçular heç vaxt yaddan çıxartmır ki, 2002-ci ildə basketbol idman növünün inkişafına təkan verən məhz fəxr etdiyimiz, sevimli Prezidentimiz oldu. Bu müddət ərzində onun yüksək etimadını doğrultmağa çalışmışıq və bunu əzmlə davam edirik.

2017-ci ildə Amil Həmzəyevi yeni mənzillə mükafatlandırması, baş məşqçi Samit Nuruzadənin Respublikanın “Əməkdar məşqçisi” adına layiq görülməsi Möhtərəm cənab Prezident İlham Əliyevin basketbola göstərdiyi diqqət və qayğısını bir daha əyani şəkildə təsdiq edir.

Çox hörmətli idman ictimaiyyətinin nümayəndələri, basketbolsevərlər!

Basketbol Federasiyası, məşqçilər, hakimlər, basketbolçular, basketbol ailəsi olaraq əl-ələ verərək çalışacaqlar ki, 2018-ci ildə Sizləri yeni uğurlarla sevindirsinlər.

XƏBƏRLƏR