Sağlam və parlaq gələcəyə səs verək!
Əziz basketbolçularımız, basketbolsevənlər!
2018-ci il aprelin 11Azərbaycan Respublikası Prezidenti seçkiləri günüdür. Azərbaycan xalqı, o cümlədən də biz Sizinlə öz seçimimizi etməliyik. Milli idmanımızın son 20 ildə inkisafı birbaşa 1997-ci ildən Milli Olimpiya Komitəsinin Prezidenti seçilən İlham Əliyevin adı ilə bağlıdır. Həmçinin basketbol idman növünə nəfəs verən 2002-ci ildə baş verən görüş oldu. Məhz Liderimiz İlham Əliyevin dəstəyi ilə respublikaya məşqçilər, mütəxəssislər dəvət olundular. Məşq prosesləri, çempionatlar, turnirlər başlanıldı, nəticələr əldə edildi, qələbələr qazanıldı. Bunların hamısı Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı nəticəsində baş verir. Güclü iqtisadiyyat - güclü idman!
Biz sizinlə fəxr hissiylə qeyd etməliyik ki, bizim iqtisadi gücümüz dünya iqtisadi tənəzüllünün fonunda formalaşır. Eyni zamanda, Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizi qlobal sülh və əməkdaşlıq mərkəzinə çevirməkdir. Bunlar ancaq və ancaq müdrik lider İlham Əliyevin düşünülmüş uzaq görən siyasətinin nəticəsidir.
Nənələr, babalar, analar, atalar,oğullar, qızlar, nəvə-nəticələr son 25 ildir rahat firavan gələcəyə inamla baxan həyat sürürlər. Nə üçün? Ona görə ki, Dünya azərbaycanlılarının lideri, Azərbaycan Respublikasının rəhbəri məhz Möhtərəm İlham Əliyev cənablarıdır.
Biz, basketbolu inkişaf etdirənlər də gələcəyimizi, uğurlarımızı ancaq və ancaq Ulu Öndər Heydər Əliyevin davamçısı İlham Heydər oğlu Əliyevlə görmək istəyirik. Biz İlham Əliyevə səs verəcəyik!
Hörmətli basketbolçular, məşqçilər, hakimlər, həkimlər, əziz basketbolsevərlər!
Sizdən aprelin 11-də hamılıqla seçki məntəqələrinə gəlməyinizi və vətəndaşlıq mövqeyinizi bildirməyi xahiş edirəm. Mən, Azərbaycan Basketbol Federasiyasi adından hamınızı bir nəfər kimi Daimi liderimiz İlham Əliyevə səs verməyə çağırıram.
Federasiya adından
Nadir Nəsibov