Təbrik edirik!
Hörmətli idmançılar!
Hörmətli basketbolçular!
Hörmətli basketbol içtimaiyyətinin nümayəndələri!
Aprelin 11-də ölkəmizdə keçirilən Prezindent seçkilərində Azərbaycan xalqının Himayədarı, Lideri, bizim hamımızın sevimlisi möhtərəm İlham Əliyev cənabları seçicilərin 86,03 % səsini qazanaraq növbəti 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Əziz idmançılar, idmansevərlər!
Bu o deməkdir ki, növbəti 7 il ərzində biz rahat və əminlik hissi ilə öz işimizi davam etdirəcəyik. Bundan sonra daha da əzmlə qələbələrə doğru addımlayacayıq.
Basketbolçular, federasiya növbəti 7 ildə yeni uğurlara köklənməlidir. Gələcəkdə əldə edilən qələbələrlə Prezidentimizi, doğma Azərbaycanımızı sevindirməyi özümüzə borc sayırıq.
Azərbaycan basketbolçuları, respublikamızın çoxsaylı basketbol içtimaiyyəti Əziz Prezidentimiz İlham Əliyevi 11 Aprel seçkilərində qazandığı Parlaq Qələbə münasibəti ilə ürəkdən təbrik edir! Xalqımızın lideri İlham Əliyevə möhkəm can sağlığı, çoxşaxəli siyasi fəaliyyətində, iqtisadiyyatımızın möhkəmlənməsi yolunda, idmanımızın inkişafında möhtəşəm uğurlar və yeni qələbələr arzu edirik!