Seminar başa çatdı

 09.07.2018 - 12:06    2278
Kateqoriya: XƏBƏRLƏR
  • 09 İyul 2018
  • 12:06
  •  2278

Beynəlxalq Olimpiya Komitəsinin olimpiya idman növlərinə dəstəyi layihəsi çərçivəsində iyulun 2-dən 6-na kimi Bakıda basketbol məşqçiləri üçün texniki seminar keçirildi.

Seminarı dünya şöhrətli serbiyalı peşəkar məşqçi Rajko Toroman aparırdı. Milli Olimpiya Komitəsi, Beynəlxalq Basketbol Federasiyası(FİBA) və Azərbaycan Basketbol Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən seminarda paytaxtımızla yanaşı bölgələrimizi təmsil edən 20 məşqçi iştirak edirdi. 18 saylı orta məktəbin idman zalında serbiyalı mütəxəssis 5 gün ərzində əyani surətdə seminar iştirakçılarına praktiki məşqələlər keçirərək nəzəri dərslər verdi.

İyulun 6-da Milli Olimpiya Komitəsinin inzibati binasında seminar iştirakçıları Beynəlxalq Olimpiya Komitəsinin sertifikatları ilə təltif edildi.Təltifetmə mərasimində MOK-nin vitse-prezidenti Çingiz Hüseynzadə,ABF-nın vitse-prezidenti Həsənağa Rzayev iştirak etdilər.  Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə basketbol idman növü üzrə ölkəmizdə ilk dəfə keçirilən bu mühüm beynəlxalq tədbir məşqçilərimizin ustalıq səviyyəsinin artırılması ilə yanaşı Azərbaycan basketbolunun inkişafına öz sanballı töhvəsini verdi.

36786406_10156578185418669_3823078277115805696_o

36796735_10156578185618669_8575999811126296576_o

36857619_10156578185718669_8042541907772964864_o

36761989_10156578185848669_5752669128859058176_o

36777490_10156578186043669_5439648459172872192_o

XƏBƏRLƏR