MOK-da görüş keçirildi

 21.01.2019 - 18:22    204
Kateqoriya: XƏBƏRLƏR
  • 21 Yan 2019
  • 18:22
  •  204

Yanvar ayının 19-da Milli Olimpiya Komitəsində İdman Nazirliyinin şöbə müdiri Fərid Mənsurovun, sektor müdiri Nicat Həsənovun, kurator Fəqan Səfərovun, MOK-nin şöbə müdiri Həsənağa Rzayevin və basketbol klublarının nümayəndələrinin Bəhrəm Abdinovun, Fuad Niftəliyevin, Nicat Mirzəyevin, Konstantin Volkovun iştirakı ilə görüş keçirilib. Rəsmilər 2,5 saat keçirilən iclasda son bir həftə öz narazıçılıqlarını mətbuat vasitəsi ilə ictimayyətə yaymaq istəyən klubların nümayəndələrinin hər birinin ayrıca tələblərinə, etirazlarına, suallarına, istəklərinə diqqətlə qulaq asaraq deyilənləri diqqətə alıblar.
Təbii ki, basketbol zallarının sayının lazımi səviyyədə olmaması obyektiv həqiqətdir və bunu da digər idman növlərində olduğu kimi tədricən idman nazirliyi, Olimpiya Komitəsi müvafiq federasiyalar ilə birgə həll etmək iqtidarındadır. Biz əminik ki, Azərbaycanın ayrıca basketbol arenası da mütləq olacaqdır.
Eyni zamanda, bu yolda da hal-hazırda lazımi addımlar atılmaqdadır.
Məsələn, Basketbol Federasiyası İdman Akademiyasının iki idman zalında bir ildir əsaslı təmiri (kommunikasiya və lazımi qovşağlar) yekunlaşdıraraq, fevral ayının əvvəllərində Akademiya ilə birgə açılışı planlaşır. Yəni bu basketbol idman zalları tək Federasiyaya yox, Akademiyanın təlim-məşq prossesinə, həmçinin Federasiyanın milli komandalarının, uşaqların istifadəsinə veriləcəkdir. Bundan əlavə, neçə illərdir ki, Federasiya başqa yerlərdə də bəzi idman zallarını təmir edərək, təlim-məşq prossesini kirayə vasitəsi ilə təşkil etməkdədir.
Qeyd edək ki, görüşdə səsləndirilən məsələlərin içində həm obyektiv, həm subyektiv xarakterli məqamlar da var idi, və bəziləri bilərəkdən zamanında federassiyaya çatdırmamaqla həmin kiçik məqamları şişirtmək məqsədləri ilə seçilirdilər.
Buna baxmayaraq, idman rəsmilərimizin klubların rəhbərlərinin ən kiçik məsələləri belə qələmə alınaraq, klubların nümayəndələrinə həmin məsələlərin həllinin həyata keçirilməsini qısa müddətdə həll edəcəklərinə söz verildi.
Təəccübləndirən cəhət odur ki, bunları eşidən klubların bəzi nümayəndələri, əsasən Bəhram Abdinov, bu məsələlər həll olunsa belə “Federasiyanın Prezidenti getməlidir və bizim bu vəzifəyə öz namizədimiz var” kimi fikirlər söylədi.
Bununla da aşkar oldu ki, son bir həftə idman ictimaiyyətini şişirdilmiş məsələlərə yönəldərək, hətta internet vasitəsi ilə Federasiyanın Prezidentinin əleyhinə imza toplamaq cəhdləri etməklə, əsas məqsəd - nəyin bahasına olursa olsun, Federasiya Prezidentinin indiyə qədər görmüş olduğu işləri qaralamaq, 2017-ci ildə Azərbaycan idmanına iki qızıl medal (həm qadınlar, həm kişilər arasında) kimi qələbələri və nailiyyətləri danmaq, nəhayətdə bu vəzifədən getməsinə nail olmaqdır. Bunun isə adı-Təxribatdır.

XƏBƏRLƏR