Basketbol zalının açılışı

 12.03.2019 - 11:31    863
Kateqoriya: XƏBƏRLƏR
  • 12 Mart 2019
  • 11:31
  •  863

Martın 11-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında rəsmi tədbir keçirildi. Tədbir Akademiyada son illər ərzində uğurla həyata keçirilən yeniliklərə həsr edilmişdi.

Təlim-tədris prosesinin təkmilləşməsinə yönəlik yeniliklər Akademiyanın idman zallarından da yan keçmədi. Onların içində Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə təmir edilərək yenidən istifadəyə verilmiş basketbol zalını xüsusi qeyd etmək istərdik. Zalda tələbə və oyunçuların basketbol məşqlərinə qatılması üçün hər cür şərait yaradılmışdır. Zalın rəsmi açılışında Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, Milli Olimpiya Komitəsi baş katibinin müavini Azər Əliyev, ADBTİA-nın rektoru Fuad Hacıyev, Amerika Birləşmiş Ştatları səfirliyinin mədəniyyət attaşesi xanım Haydi Smit, Lids Bekket Universitetinin basketbol kafedrasının müdiri Matt Newby, milli yığmanın üzvləri Amil Həmzəyev, Zaur Paşayev iştirak etdilər.

Akademiyanın rektoru Fuad Hacıyev tədbir iştirakçılarını ürəkdən salamlayaraq bu ali təhsil ocağının gələcəkdə də Azərbaycan idmanının inkişaf etməsinə xidmət edəcəyini bir daha vurquladı. Daha sonra Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov çıxışında İdman Akademiyasını ölkəmizə dəyərli idman mütəxəssisləri və idmançıları hazırlayan əvəzedilməz bir idman ocağı olduğunu xüsusi qeyd etdi.

Bununla bağlı o, Akademiyada yenıdən təmir edilmiş basketbol zalının istifadəyə verilməsini yüksək qiymətləndirdi. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseyinzadə Akademiyada görülən quruculuq işlərinin faydasından bəhs etdi. O görülən işıər arasında idman zallarının təmirini təqdir edərək bunun müqabilində idmançılarımızın dünya miqyaslı beynəlxalq yarışlarda Azərbaycanımızı layiqincə təmsil etməsinin, üçrənqli bayrağımızın ucaldılmasının vacibliyini xüsusi vurquladı. Tədbirdə iştirak edən Amekika səfirliyinin nümayəndəsi Haydı Smit, Lids Bekket Universitetinin basketbol kafedrasının müdiri Matt Newby, türkiyəli basketbol məşqçisi Evren Alqaya basketbol zalının yenidən istifadəyə verilməsini alqışlayaraq bu nəçib işin davam etdirilməsində ADBTİA-na və ABF-na yeni uğurlar əldə etməsini arzuladılar.

XƏBƏRLƏR