Seminar keçirildi

 01.08.2019 - 17:08    153
Kateqoriya: XƏBƏRLƏR
  • 01 Avq 2019
  • 17:08
  •  153

Avqustun 1-də Azərbaycan Basketbol Federasiyasının inzibati binasında statistikanı aparan katiblər üçün seminar keçirildi.

Seminarı proqram təminatı üzrə ixtisaslaşan "Genius Sports" şirkətinin idman meneceri Vladimir Alekseyev aparırdı. Onu da qeyd etmək istərdik ki, "Genius Sports" şirkəti basketbolun proqram təminatı üzrə 2004-cü ildən Beynəlxalq Basketbol Federasiyası (FİBA) ilə əməkdaşlıq edir. Əməkdaşlığın əhatə dairəsinə dünya miqyasında 200-dən artıq basketbol federasiyası və liqi daxildir.

Avropa Gənclər Yay Olimpiya Festivalı qabağı ABF-nın prezidenti Nadir Nəsibovun yanında Federasiyanın geniş tərkibli iclası keçirilmişdir. Bu iclasda basketbolun inkişafına dair bir çox məsələlərə yanaşı "Genius Sports"la sıx əməkdaşlığa xüsusi yer ayrıldı. 

Basketbol statistləri üçün keçirilən seminar "Genius Sports"un ölkəmizdə ilk tədbiridir. Seminar iştirakçıları Vladimir Alekseyevlə geniş fikir mübadiləsi apardılar.

IMG_5373s

XƏBƏRLƏR