FİBA-nın 21-ci konqresi
Avqustun 29-dan 31-nə kimi Pekində (Çin Xalq Respublikası) Beynəlxalq Basketbol Federasiyasının (FİBA) 21-ci Konqresi keçirildi.
Konqresdə bu təşkilatın yeni prezidenti və 13 nəfərdən ibarət yeni Mərkəzi Şurası seçildi. Belə ki, 156 milli federasiya nümayəndələrinin yekdil səsi ilə argentinalı Orasio Muratorenin yerinə malili Hamane Nyanq növbəti dörd ilə (2019-2023) FİBA-nın rəhbəri oldu.
Hamane Nyanq bu seçkiyə qədər FİBA-nın vitse prezidenti və FİBA Afrikanın prezidenti vəzifəsini icra edirdi.
Konqresdə ölkəmizi Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov təmsil edib.
Foto credit: FİBA