Yeni mövsümün ərəfəsində
Sentyabrın 3-də Azərbaycan Basketbol Federasiyasının mənzil-qərargahında İdarə Heyətinin iclası keçirildi.
İclasda 4 məsələ ətrafında müzakirələr aparıldı:
1. Kişilər arasında 27-ci Azərbaycan Çempionatına hazırlıq barədə
2. 3X3 basketbol üzrə turnirlərin keçirilməsi barədə
3. Beynəlxalq yarışlarda milli yığmanın iştirakı barədə
4. Avqust ayında ABF-sı rəhbərliyinin iştirak etdiyi Dünya Basketbol Konqresi haqqında
İclasda sədrlik edən ABF-nın prezidenti Nadır Nəsibov son illər keçirilən çempionatların lazımı səviyyədə keçirilməməsini irad tutaraq bu vəziyyətin düzəldilməsi üçüntapşırıq verdi ki, yeni sezonda oyunların təşkili köklü şəkildə dəyişdirilərək, fərqlənməlidir və nəzarət altında keçirilməlidir. Belə ki, bu çempionatın həm komandaların, həm oyunçuların müxtəlifliyi baxımından həftədə bir dəfə canlı yayımda daha yüksək səviyyədə keçirilməsi planlaşdırılması düşünülür.
İclasda qeyd edildi ki, 3X3 basketbolun inkişaf ritminin canlandırılmasının təqvim planı hazırlanmalıdır. Bu baxımdan “Top Səndə” turnirinin ölkəmizin Cənub və Qərb bölgələrində keçirilməsi 3X3 basketbolun yeniyetmələr arasında populyarlaşmasına yeni təkan verəcəyinə inanılır.
Eyni zamanda gələn ayın əvvəlində “ABF-Təhsil” Liqasına start veriləcək.
İdarə Heyətinin üzvləri basketbolumuzun beynəlxalq miqyasda layiqincə təmsil olunmasının təmin edilməsini prioritet kimi dəyərləndirdilər.
Bundan əlavə gələn il kişilərdən ibarət milli yığmanın və U18 yığma komandamızın Avropa Çempionatlarında iştirak etməsinin perspektivlərindən danışıldı.
Ayrıca basketbolçuların, oyunların peşəkar beynəlxalq səviyyədə statistik məlumatlarını tanınmış şırkət tərəfindən aparılmasının məqsədəuyqunluğu qeyd olundu.
İclasda son dövrdə qızlar arasında basketbolun inkişaf etdirilməsinin vacibliyi vurqulandı. Bu sahədə “Gold Fives” komandasının məşqçisi Təhminə Əliyevanın aktiv fəaliyyəti, müxtəlif səviyyəli yarışlarda uğur qazanması təqdir edildi.
Daha sonra Nadır Nəsibov Pekində keçirilən iclaslarda müzakirə edilən məsələləri gündəmə gətirdi.
Üç məsələ üzrə Federasiyanın məsul işçilərinə taşırıq verildi:
1. Mini-basketbolun tədbirlər səviyyəsində inkişaf planının hazırlanması.
2. Əlil arabasında basketbol (Wheelchair basketball) oyunlarının təşkil olunması və bu basketbol növü üzrə çempionatın keçirilməsi.
3. Karlar arasında basketbol (Deaf basketball) oyunların təşkil olunması.