AMADA basketbolçular üçün maarifləndirici seminar keçirdi

 16.10.2019 - 16:18    1331
Kateqoriya: XƏBƏRLƏR
  • 16 Okt 2019
  • 16:18
  •  1331

Oktyabrın 16-da Milli Olimpiya Komitəsində seminar keçirildi.

Maarifləndirici seminarı Azərbaycan Milli Antidopinq Agentliyinin mütəxəssisləri Lalə Hacıyeva və Leyla Qabulova aparırdılar. Bu AMADA-nın basketbolçular üçün keçirilən 2-ci seminarı idi. Agentliyin Təhsil üzrə meneceri Lalə Hacıyeva idmançıların nəzərinə çatdırdı ki, ötən seminardan bu yana Ümumdünya Antidoping Agentliyi qadağan edilmiş preparatların siyahısına əlavələr etmişdir.

Bundan başqa seminarda bu təşkilatın antidoping fəaliyyəti ilə bağlı basketbolçuları maraqlandıran bir çox suala aydınlıq gətirilərək idmançılarla AMADAN-nın mütəxəssisləri arasında geniş fikir mübadiləsi aparıldı.

IMG_6629

IMG_6626

XƏBƏRLƏR