Təbrik edirik!

 24.12.2019 - 13:47    859
Kateqoriya: XƏBƏRLƏR
  • 24 Dek 2019
  • 13:47
  •  859

Möhtərəm Cənab Prezident!
Basketbol ictimaiyyəti adından Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti və Himayə Şurası Sizi doğum gününüz münasibəti ilə təbrik edir.
Çox hörmətli Liderimiz!
1997-ci ildən bu günə kimi Azərbaycan idmanına başçılıq etdiyiniz dövr ərzində milli idmançılarımız Vətənimizin Bayrağını Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında, beynəlxalq turnir və yarışlarda ucaldıblar.
Təbii ki, basketbolçular da sizin qayğınızı, diqqətinizi, tövsiyələrinizi başda tutmaqla, daim basketbol idmanının inkişafına dair öz bacarıqlarını əsirgəməyiblər.
Sizi əmin edirik ki, Sizin uğrunuzda Azərbaycan bayrağını mötəbər basketbol yarışlarında qaldırmaq əzmindəyik və bu işdə var gücümüzlə çalışırıq.
Möhtərəm cənab Prezident!
İlhamverici Liderimiz!
Bir daha səmimi qəlbdən basketbolçular Sizi təbrik edir, Sizə möhkəm can sağlığı, şərəfli missiyanızda zirvələri fəth etməyi arzulayırıq!

Daim Sizin idman qüvvənizin tərkib hissəsi olan çoxsaylı Azərbaycan basketbol ictimaiyyəti.

XƏBƏRLƏR