Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idman jurnalistlərinin Respublika Toplantısı

 21.02.2020 - 10:11    1204
Kateqoriya: XƏBƏRLƏR
  • 21 Fev 2020
  • 10:11
  •  1204

20.02.2020 tarixində, yeni yaradılmış Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idman jurnalistlərinin Respublika Toplantısı keçirilib.

Toplantıda idman jurnalistləri ilə bərabər, fəxri qonaqlar, ölkənin idman federasiyalarının və futbol klublarının mətbuat xidmətlərinin rəhbərləri iştirak edib.

Azərbaycanın dövlət himni səsləndirildikdən və müstəqillik illərində dünyasını dəyişmiş 12 idman jurnalistinin xatirəsinə bir dəqiqəlik sükut edildikdən sonra AİJF-nın İdarə Heyətinin sədri Qabil Mehdiyev 2020-ci il üçün tədbirlər planını açıqlayıb.

Həmin tədbirlər bunlardır:

1. Federasiyalar və digər idman qurumları ilə görüşlər və müzakirələrin aparılması, birgə tədbirlərin təşkili (ilboyu);

2. Xarici ölkələrin idman media qurumları ilə təcrübə mübadiləsi (ilboyu);

3. Jurnalistlər arasında futbol, basketbol (3x3), şahmat, stolüstü tennis və s. idman turnirlərinin təşkil edilməsi (ilboyu);

4. Olimpiya komplekslərindən birində idman jurnalistləri üçün treninqin təşkili (may-iyun);

 

5. Mirpaşa Miriyevin 100 illik yubileyinin təşkili (24 iyun);

6. Azərbaycan idman mediası futbol komandasının Gürcüstanın Batumi şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirakının təmin edilməsi (iyun);

7. Beynəlxalq İdman Jurnalistləri Gününün qeyd edilməsi (2 iyul);

8. Milli mətbuatımızın 145 illiyinin qeyd edilməsi (22 iyul);

9. Bakıda idman mediası mövzusunda seminarın təşkili (oktyabr);

10. İdman jurnalistləri üçün xarici dil kursunun təşkili (noyabr-dekabr);

11. İdman mediasının monitorinqi (ilboyu);

12. İlin ən yaxşılarının seçilməsi (dekabr);

13. Mükafatlandırma mərasimi (dekabr);

Veteran jurnalistlər adından Oqtay Bayramov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr proqramının rəhbəri Den Meyson və futbol veteranı, keçmiş idman jurnalisti, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov yeni yaradılan federasiyaya işində uğur arzulayıb.

Daha sonra Azərbaycanın tanınmış idman jurnalistləri ölkə mediasında olan problemləri qabardıb, tənqidi məqamları qeyd edib və yeni federasiyanın bu məsələlərin həllində yardımçı ola biləcəyinə ümid etdiyini bildirib.

Sonda AİJF-nın rəhbəri Qabil Mehdiyev irad və təklifləri qeyd etdiklərini, bu məsələlərin həlli yönündə addımlar atmağa çalışacaqlarını bildirib. Bununla da Azərbaycan idman jurnalistikası tarixinə düşəcək ilk Respublika Toplantısı başa çatıb.

__1

__2

 

XƏBƏRLƏR