FİBA-nın fəxri baş katibi Borislav Stankoviç vəfat etdi

 22.03.2020 - 07:37    72
Kateqoriya: XƏBƏRLƏR
  • 22 Mart 2020
  • 07:37
  •  72

Azərbaycan Basketbol Federasiyası dərin hüznlə 20 mart 2020-ci ildə dünyasını dəyişən FİBA-nın fəxri baş katibi Borislav Stankovici yad edir. FİBA-ya rəhbərlik etdiyi dövrdə bir sıra uğurlara imza atmış Borislav Stankovic Soyuq Müharibə zamanı NBA ilə sıx əməkdaşlıq edərək qərblə şərq arasında körpü yaratmağa nail olmuşdur. Məhz bunun nəticəsidir ki, ilk dəfə dünyada 1992-ci il Barselona Olimpiya Oyunlarından etibarən, peşəkar oyunçuların Olimpiya Oyunları, FİBA Basketbol Dünya Kuboku kimi yüksək səviyyəli yarışlarda iştirakı təmin olunmuşdur.

Basketbol aləmində müstəsna rolu olan Borislav Stankovic xatirələrdə mühüm bir şəxsiyyət kimi qalacaq və onun basketbol inkişaf tarixində əhəmiyyətli irsi davam etdiriləcəkdir.

XƏBƏRLƏR