Azərbaycan basketbolu Avropada
Kateqoriya: BEYNƏLXALQ YARIŞLAR

27.10.2011
Azərbaycan Basketbol Federasiyası kişilər arasında Avropa çempionatının seçmə yarışlarına milli yığmanın iştirakını təsdiq etmişdir. Komandamızın rəqibləri bu il dekabrın 4-də Almaniyanın Frayzing şəhərində püşkatmada bəlli olacaq.
Seçmə oyunlar 2012-ci ilin avgust - sentyabr aylarında, final mərhələ isə 2013-cü ilin sentyabr ayında Sloveniyada keçiriləcək.

