Milli yığma yekun təlim-məşq toplanışına yollanır

31.07.2012
Bu gün kişilərdən ibarət Azərbaycan milli yığması İstanbula təlim-məşq toplanışına yollanır. Təsnifat oyunları öncəsi keçirilən yekun toplanışa amerikalı basketbolçularımımz Ceysi Keroll, Kaner Medli, Çak Devis və Türkiyə ilə Kanadada oynayan həmyerlilərimiz Orhan Aydınla Əli Əsgərov qoşulacaqlar.
Avqustun 14-nə kimi davam edəm təlim-məşq zamanı E.Əliyevin yetirmələri bir sıra yoldaşlıq qörüşləri keçirəcək. Belə ki, Gürcüstanın "Armiya", Ukraynanın "Odessa" və çox güman ki, Türkiyənin ikinci yığma komandası millimizi İstanbulda sınaqa çəkəcək.
Təlim-məşq toplanışından sonra millimiz avqustun 15-də Lüksemburqa yollanacaq.

