İlk sınaq

 30.09.2015 - 22:39    612
  • 30 Sen 2015
  • 22:39
  •  612

13.02.2012

Xəbər verdiyimiz kimi 2012-ci il fevral ayının 7-dən 11-nə kimi Gəncə şəhərinin gənclərdən ibarət yığma komandası İran İslam Respublikasının Sarab şəhərində İslam İnqlabının 33-cü il dömününə həsr edilmiş basketbol turnirində iştirak etdi.

Bəzi hissələrdə yaxşı oyun sərgiləməsinə baxmayaraq keçirdiyi hər üç görüşdə komandamız məğlub oldu.

Gəncə - Takestan 30 : 61 (8-14, 6-16, 8-20, 8-11)

Gəncə - İran milli yığması (U-18) 21 : 80 (3-18, 6-23, 6-20, 6-19)

Gəncə - Sarab 39 : 78 (15-18, 7-26, 8-22, 9-12)

Qeyd etmək lazımdır ki, ölkəmizin Qərb bölgəsini təmsil edən basketbol komandası ilk dəfə beynəlxalq turnirdə iştirak edirdi.

Elə bu səbəbdən müxtəlif səviyyəli yarış və turnir təcrübəsi görməyən komandanın ilk sınaqda yüksək nəticə əldə etməsi mümkünsüz idi. Digər tərəfdən məğlubiyyətdən düzgün nəticə çıxararaq bölgələrdə basketbolun inkişafına daha çox diqqətin artırılması vacibdir ki, ilk sınağdan, ilk uğura gərəkli addım ata bilək.

BEYNƏLXALQ YARIŞLAR