"Novruz-2012" Beynəlxalq turniri

 30.09.2015 - 22:44    618
  • 30 Sen 2015
  • 22:44
  •  618

28.02.2012

Avropa Çempionatının təsnifat mərhələsinin hazırlığı çərçivəsində milli yığmamız mart ayının 5-dən təlim-məşq toplanışına başlayır.

10 günlük toplanış bitdikdən sonra yığmamız Kırğızıstanın Bişkək şəhərində keçiriləcək ənənəvi "Novruz-2012" beynəlxalq turnirə yollanacaq. Martın 16-dən 23-nə kimi keçiriləcək turnirdə Azərbaycan yığması ilə yanaşı Özbəkistanın milli yığma komandası, Rusiyanın Federal Universitetinin komandası (Yekaterinburq şəh), "AIA" komandası (ABŞ), Kazaxstanın "Kopşaqay" komandası və ev sahibləri iştirak edəcəklər.

Bu turnirdə yığmamızı əsasən gənc basketbolçular təmsil edəcək. Bu da öz növbəsində onlar üçün Avropa Çempionatın təsnifat mərhələsin oyunları ərəfəsində bir daha öz məharətlərini göstərməyə tutarlı səbəb olacaqdır.

Qeyd edək ki, Azərbaycan milli yığması son iki ildə "Novruz" turnirinin qalibi olub.

Milli yığma turnirdə aşağıdakı heyətlə çıxış edəcək:

  1. Fuad Niftaliyev ("Qala" BK)
  2. Zaur Quşanov ("Qala" BK)
  3. Bəxtiyar Ələkbərov ("QaLa" BK)
  4. Rüstəm Əliyev ("QaLa" BK)
  5. Polad Həsənov ("QaLa" BK)
  6. Andrey Kondratyev ("Qala" BK)
  7. Amil Həmzəyev ("Araz"-Naxçıvan)
  8. Anar Hacıyev ("Araz"-Naxçıvan)
  9. Anar Sarıyev ("NTL-Tudor")
  10. Anton Belausov ("AZTOP")
  11. Baxşıyev Tahir ("Araz"-Naxçıvan)
  12. Zaur Paşayev ("Kutaisi-2010", Gürcüstan)

BEYNƏLXALQ YARIŞLAR