"Novruz-2012"
19.03.2012
Martın 17-da Azərbaycan milli yığması "Athletes in Action" (ABŞ) komandası ilə garşılaşdı. Yığmamız yaxşı oyun sərgiləyərək 84:72 (18-15, 22:23, 18-14, 26-20) hesabi ilə "Athletes in Action" (ABŞ) komandasını uddu. Həmin oyunda Fuad Niftaliyev 30 və Anar Sarıyev 24 xalla fərgləndilər.
Martın 18-də Azərbaycan milli yığması "MOİK" (Almatı, Kazaxstan) komandası ilə garşılaşdı. Yığmamız 86 : 69 (33-13, 12-14, 20-21, 21-21) hesabi ilə Mərkəzi Ordu İdman Klubuna qalib gəldi. Həmin oyunda Amil Həmzəyev 32 xalla fərgləndi.
Novbəti oyuna (Azərbaycan-Özbəkistan) bu gun Bişkek vaxtı ilə saat 15.00-da start verildi. Kırğızıstanın paynaxtından aldığımız məlumatıa görə bu qarşılaşma 81:67 (22-15, 23-15, 20-22, 14-15) hesabıyla yığmamızın qalibiyyəti ilə bitdi.
Martın 20-də isə yığmamız turnirdə məğlubiyyərsiz çıxış edən Yekaterinburq şəhərinin Ural Federal Universitetinin komandası ilə qarşılaşacaq.

