Qızıl Het-Trik (yenilənib)

21.03.2012
Martın 20-də Azərbaycan milli yığması Yekaterinburq şəhərinin Ural Federal Universitetinin komandası ilə garşılaşdı. Yığmamız 88 : 67 (16-18, 20-22, 22-8, 30-19) hesabı ilə qalib gəldi. Həmin oyunda Zaur Paşayev 24 və Amil Həmzəyev 22 xalla fərqləndi.
Martın 21-də Azərbaycan milli yığması Kırğızıstanın milli yığma komandası ilə garşılaşdı. Yığmamız yaxşı oyun sərgiləyərək 76 : 73 (21-28, 21-18, 18-13, 16-14) hesabı ilə Kırğızıstanın milli yığmasını yendi. Həmin oynda Tahir Baxşıyev 24 və Amil Həmzəyev 19 xalla fərqləndilər.
Yığmamızın mərkəz hücumçusu Amil Həmzəyev 102 xalla turnirin ən məhsuldar 5 oyunçuların sırasına daxil oldu.
Beləliklə, Azərbaycanın kişilərdən ibarət milli yığması üçüncü dəfə "Novruz" kubokuna yiyələndi. Ümid edirik ki, bu il Bişkek turnirində əldə edilən qələbə ötən illərdəki kimi Avropa çempionatının təsnifat mərhələsində uğurlu çıxış üçün tutarlı zəmin yaradacaq.
I yer - Azərbaycan, 10 xal
II yer - Ural Federal Universiteti (Yekaterinburq, Rusiya), 9 xal
III yer - "MOİK" (Almatı, Kazaxstan), 7 xal
IV yer - "AIA" (ABŞ), 7 xal
V yer - Uzbekistan, 6 xal
VI yer - Kirğızıstan, 6 xal


