Qadınlardan ibarət milli yığmanın Gürcüstan səfəri

28.03.2012
Avropa Çempionatının "C" divizionuna hazırlığı çərçivəsində milli yığmamız mart ayının 20-dən 26-nə kimi Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olub. Bu səfər çərçivəsində milli yığmamız Tbilisi Dövlət Universitetinin komandası ilə iki görüş keçirdi.
Birinci garşılaşma 96:51 hesabıyla millimizin xeyrinə başa çatdı. Həmin oyunda Anastasiya Biryuçkova 32 və Tatyana Deniskina 30 xalla fərgləndi.
İkinci görüşdə də yığma komandamız 75:61 (15-14, 17-15, 20-13, 23-19) hesabıyla rəgibi üstələdi . Həmin oyunda Tatyana Deniskina 21, Dinariya İskakova 16 və Anastasiya Biryuçkova 15 xalla fərqləndi.
Xatırlatmaq istərdik ki, Avropa Çempionatı "C" divizionun oyunları iyul ayının 10-dan 15-nə kimi Makedoniyanın Struqa şəhərində keçiriləcək.
"A" qrupu Şotlandiya, Moldova, Malta, Azərbaycan
"B" qrupu Avstriya, Gibraltar, Makedoniya, Uels
10 iyul / Şotlandiya - Azərbaycan
11 iyul / Azərbaycan - Moldova
12 iyul / Malta - Azərbaycan

