Kurtinatisin ikinci uğuru

 01.10.2015 - 09:15    513
  • 01 Okt 2015
  • 09:15
  •  513

16.04.2012

Azərbaycan milli yığmasının keçmiş baş məşqçisi Rimas Kurtinaytisin başçılığı altında Moskva vilayətinin "Ximki" klubu Avropa kubokunun final mərhələsində 77:68 (16-15, 21-15, 15-20, 25-18) hesabı ilə İspaniyanın "Valensiya" komandasına qalib qəldi.

Maraqlıdır ki, Olimpiya çempionu Rimas Kurtinaytis Avropa kubokunu iki dəfə qazanan yeganə məşqçidir. O, bu nailıyyətə ilk dəfə 2009-cu ildə Litvanın "Letuvos Ritos" komandası ilə "Ximki"ni (80-74) məğlub edərək imza atıb. Bu il isə "Letuvos Ritos" 71:62 (24-10, 16-20, 15-14, 16-18) hesabıyla Sankt-Peterburqun "Spartak" komandasını yenərək bürünç medallara layıq qörüldü.

Onu da qeyd etməliyik ki, "Valensiya"nın əsas heyətində uğurla çıxış edən amerikalı legionerimiz Kaner-Medley final qarşılaşmada komandasına 23 xal qazandırdı.

avrocup3

avrocup1

BEYNƏLXALQ YARIŞLAR