Millimiz qrup mərhələsinə çox yaxın idi

 01.10.2015 - 09:41    463
  • 01 Okt 2015
  • 09:41
  •  463

13.07.2012

Bildiyiniz kimi qadınlardan ibarət Azərbaycan yığması Makedoniya keçirilən Kiçik Ölkələrin Avropa Çempionatında iştirak edir.

Qızlarımız Malta, Şotlandiya və Moldova yığmaları ilə bir qrupda yarışırdı. Təəssüflər olsun ki, qrup mərhələsini yığmamız 4 xalla (2 məğlubiyyət, 1 qələbə) üçüncü yerdə bitirdi. Bu mərhələlənin son qarşılaşmasında millimiz qrupun favoriti olan Malta yığmasına güclü müqavimət göstərdi.Amma əzmkar mübarizəyə baxmayaraq T.Slojenitsinanın yetirmələri Maltaya 10 xal hesab fərqilə 70:80 (18-26, 14-23, 15-18, 23-13) uduzdular.

Buna baxmayaraq milli yığmamız iyulun 14-də Gibraltarla qarşılaşacaq. Bu oyunda zəfər əldə edilərsə yığmamız turnirin 5-ci yeri uğrunda mübarızəni davam etdirəcək.

BEYNƏLXALQ YARIŞLAR